Hacıqabulda baş verən qəzada 2 nəfər xəsarət alıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Ford” markalı minik avtomobili idarəetməni itirərək dəmir səddə çırpılıb. Nəticədə avtomobildə olan Sabirabad rayonunun Cavad kənd sakinləri, 1988-ci il təvəllüdlü Nuriyev Murad Yasəf oğlu və 1992-ci il təvəllüdlü İsmayılov Münasib Mayıl oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
***
22:49
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, Nəvai kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “FORD” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı dəmir səddə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və avtomobilin sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş, Nuriyev Murad Yasəf oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.