"20 Yanvar" metrostansiyasında törədilən terror aktından 32 il keçir

00:11 - 19 Mart 2026

\"20 Yanvar\" metrostansiyasında törədilən terror aktından 32 il keçir

Bakı metropolitenin "20 Yanvar" metrostansiyasında 1994-cü il martın 19-da erməni terrorçuları tərəfindən törədilən terror aktından 32 il keçir.


Manset.az xəbər verir ki, qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.

Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycan xalq artisti Rafiq Babayev də olub.

Məhkəmə orqanları metrostansiyadakı terror aksiyasının Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.

Cinayətin törədilməsində şübhəli bilinən "Sadval" Ləzgi Milli Hərəkatının 11 üzvü həbs edilib. Onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib. Terror aktının icraçısı Oqtay Qurbanov isə partlayış zamanı ölüb./Report


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az