35 yaşlı taksi sürücüsü qəzada öldü - FOTO

23:33 - 27 Mart 2026

35 yaşlı taksi sürücüsü qəzada öldü - FOTO

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yeni Ələt–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Rəhim Hüseynovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü 1991-ci il təvəllüdlü R.Hüseynov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Avtomobildə olan daha iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, Astara rayonunun Şiyəkəran kənd sakini olan Rəhim Hüseynov 3 uşaq atası olub və taksi sürücüsü kimi fəaliyyət göstərib.

Faktla bağlı araşdırma aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az