Sabirabadda qadın dəm qazından zəhərlənib.
Manşet.az xəbər verir ki, hadisə Muğan prospekti, döngə 4, ev 3-də qeydə alınıb.
Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlü Əliyeva Bədirə Nəsir qızı dəm qazından zəhərlənib.
Zərərçəkən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.