1 yaşlı uşaq sistem köçürülərkən öldü 

11:30 - 05 Aprel 2026

1 yaşlı uşaq sistem köçürülərkən öldü 

Gəncədə azyaşlı vəfat edib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Gəncə Birləşmiş Uşaq Xəstəxanasında 1 yaşlı körpəyə sistem köçürülərkən baş verib.

2025-ci il təvəllüdlü A. S. hərarətlə xəstəxanaya çatdırılıb. Lakin sonradan halı pisləşib. Körpənin meyiti Ekspertiza və  Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az