Bakıda binanın həyətindən kişi meyiti tapılıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 7 radələrində Xətai rayonu, Ş.Səmədov küçəsində qeydə alınıb.
34 yaşlı Çingiz Çapay oğlu Həsənovun meyiti yaşadığı binanın həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.