Şəmkirdə qadın sirkədən zəhərlənib öldü

19:05 - 11 Aprel 2026

Şəmkirdə qadın sirkədən zəhərlənib öldü

Şəmkir rayonunda sirkə turşusundan zəhərlənən qadın vəfat edib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Mahizər Musayeva ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, 60 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əmıkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az