Kafede bıçaqlanan 27 yaşlı kişi ölüb

23:43 - 11 Aprel 2026

Kafede bıçaqlanan 27 yaşlı kişi ölüb

Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.


Manset.az xəbər verir ki, 1999-cu il təvəllüdlü əslən Ağdam rayonunun İlxıçılar kəndindən olan Aslanov Nabil Saleh oğlu kafedə mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.

Yaralıya əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasında tibbi müdaxilə edilib, daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az