Gəncədə iki maşın toqquşdu - Yaralılar var - YENİLƏNİB

20:10 - 19 Aprel 2026

Gəncədə iki maşın toqquşdu - Yaralılar var - YENİLƏNİB

Gəncədə baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.


Manset.az xəbər verir ki, hərəkətdə olan "BMW" markalı minik maşını idarəetmədən çıxıb.

Nəticədə avtomobil “Changan” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən “Changan” markalı minik avtomobili divara və rabitə xəttinə dəyib. Qəza zamanı rabitə, qaz və elektrik xətləri yararsız hala düşüb.

İlkin məlumatına görə, qəzaya səbəb “BMW” markalı minik maşının təkərini partlaması olub.

Qeyd edək ki hadisə şəhərin Əziz Əliyev prospektində baş verib.

Faktla bağlı araşdırma aparılır.


17:50

Gəncədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Əziz Əliyev küçəsində baş verib.

"BMW" və "Changan" markalı maşınlar tooquşub. Hadisə zamanı 1949-cu il təvəllüdlü Nüsrəddin Qasımov, 1968-ci il təvəllüdlü Valeh Həsənov və 1975-ci il təvəllüdlü Vəli Hüseynov xəsarət alıblar. Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az