Azərbaycanda ağır QƏZA - Ölən və yaralılar var

22:31 - 20 Aprel 2026

Azərbaycanda ağır QƏZA - Ölən və yaralılar var

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini Gündüz Süleymanovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində sürücü Gündüz Süleymanov hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər — 2006-cı il təvəllüdlü Aysel Səlimova, 1973-cü il təvəllüdlü Yalçın Əhmədov ağır bədən xəsarətləri alıb.

Yaralılar təcili olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az