Məktəbin qarşısında valideynlər arasında DAVA: Bıçaqlanan var - VİDEO

23:02 - 22 Aprel 2026

Məktəbin qarşısında valideynlər arasında DAVA: Bıçaqlanan var - VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə Böyükşor qəsəbəsi ərazisində yerləşən 73 saylı orta məktəbin qarşısında qeydə alınıb.

Məlumata görə, məktəbə uşaqlarını gətirən iki valideyn arasında avtomobil saxlamaq üstündə mübahisə yaranıb. Mübahisə qısa müddətdə böyüyərək davaya çevrilib və tərəflərdən biri üzərində olan bıçaqla digərinə xəsarət yetirib.

“Valideynlərdən biri maşını məktəbin qarşısında saxlamışdı. Digər valideyn deyib ki, maşını götür, camaat rahat girib-çıxsın. Bundan sonra aralarında mübahisə yaranıb”, – deyə hadisə şahidi bildirib.

Əraziyə polis əməkdaşları cəlb olunub, əməli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha ətraflı süjetdə:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az