16 yaşlı oğlanı maşınla vurdu, göz yaşını saxlaya bilmədi - VİDEO

10:46 - 27 Aprel 2026

16 yaşlı oğlanı maşınla vurdu, göz yaşını saxlaya bilmədi - VİDEO

Bakıda ağır yol qəzası baş verib.


Manset.az xəbər verir ki, Murad Müslüm oğlu Abaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyadanı vurub.

Nəticədə 2010-cu il təvəllüdlü Emil Kamil oğlu Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, hadisə piyada keçidinin üzərində baş verib.

Qəzanı törədən sürücü hadisədən sonra göz yaşlarını saxlaya bilməyib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az