Şamaxıda avtomobil qəzası baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq arakəsməyə çırpılıb.
Hadisə nəticəsində 1972-ci Süleyman Bayramov, 1961-ci il təvəllüdlü İmran Ələkbərov, 1980-ci il təvəllüdlü İsmayıl Bayramov və 1984-cü il təvəllüdlü Əffət Camalova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.