"Ağacların aşması ilə bağlı araşdırma aparılır" - ETSN

13:42 - 08 Yanvar 2022

\"Ağacların aşması ilə bağlı araşdırma aparılır\" - ETSN

Ağacların aşması ilə bağlı araşdırma aparılır.

Bu barədə Manset.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1A ünvanında "Progress-2016" MTK tərəfindən hündür mərtəbəli binanın tikintisi aparılarkən qazıntı işləri zamanı ərazidəki 5 ağacın aşdığı, 6 ağacın isə aşma təhlükəsi olduğu müəyyən edilib.

Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı təbiətə 2100 manat məbləğində ziyan dəydiyi məlum olub: “Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az