Bakıda oğurlanan 2 yaşlı uşaq tapıldı - İki nəfər saxlanıldı

19:26 - 08 Yanvar 2022

Bakıda oğurlanan 2 yaşlı uşaq tapıldı - İki nəfər saxlanıldı

Oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.

Manset.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az