Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.