Gəncədə yaşayış binasında YANĞIN - FOTOLAR

19:29 - 13 May 2026

Gəncədə yaşayış binasında YANĞIN - FOTOLAR

Gəncədə yaşayış binasında yanğın baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

Belə ki, Faxrəddin Hüseynova məxsus beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin mətbəx hissəsi tamamilə yanıb.

Hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğın söndürən avtomobili və canlı qüvvə cəlb edilib.

Görülən tədbirlər nəticəsində alovun qarşısı alınıb və yanğın söndürülüb.

Faktla bağlı araşdırma başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az