Maşında yatan kişi sığınacağa yerləşdirildi

20:12 - 10 Yanvar 2022

Maşında yatan kişi sığınacağa yerləşdirildi

Qubada maşında yatan kişi sığınacağa yerləşdirildi.
Manşet.az
xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.

O bildirib  ki, Qubada maşında yaşadığı bildirilən Məmmədbəy Məmmədbəyov Sosial Xidmətlər Agentliyinin yerli filialının əməkdaşları tərəfindən Bakı şəhərinə göndərilib:

“O, həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib. Məmmədbəy dayı burada isti sığınacaqla, gündəlik qidalanma təmin olunacaq. Qaldığı müddətdə digər sosial xidmətlərdən də yararlanacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az