İmişlidə baş verən yanğın tam söndürüldü - YENİLƏNİB

19:52 - 03 İyun 2026

İmişlidə baş verən yanğın tam söndürüldü - YENİLƏNİB

İmişlidə tamet sexində və kol-kos sahədə baş verən yanğın tam söndürülüb.


Manset.az Report-a istinadən xəbər verir ki, İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 6, həmçinin Saatlı və Beyləqan Rayon Dövlət Yanğından Mühafizə hissələrindən hərəsindən 1 texnika və canlı qüvvələri alovun qarşısını alıb.

İlkin məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 482 kvadratmetr olan sexin 450 kvadratmetri hissəsi və 10 hektar sahədə kol-kos ərazi yanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

19:08

İmişli rayonunda yanğın baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə İmişli şəhəri Zəfər prospektində yerləşən tamet istehsalı sexində qeydə alınıb.

Belə ki, əvvəlcə sexin yaxınlığındakı kol-kos sahədə yanğın başlayıb. Yanğın qısa müddətdə güclənib və obyektə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Sexdəki yanğın söndürülüb, hazırda kol-kos sahədə olan yanğının söndürülməsi üçün tədbirlər görülür. Bunun üçün Saatlı və Beyləqandan da yanğınsöndürənlər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az