Salyanda istixanada işləyən kişini "tok" vurdu

20:33 - 03 İyun 2026

Salyanda istixanada işləyən kişini \"tok\" vurdu

Salyanda istixanada işləyən 51 yaşlı kişini yüksək gərginlikli cərəyan vurub.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Salyan rayonunda yerləşən istixanalardan birində baş verib.

Qəbələ rayonunun Nohurqışlaq kənd sakini, 51 yaşlı Hafizov Şahnəzər Şahverən oğlunu istixanada işləyərkən elektrik cərəyanı vurub.

O, yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az