Bakıda 40 yaşlı kişi öldürüldü - Dostu tutuldu 

15:20 - 08 İyun 2026

Bakıda 40 yaşlı kişi öldürüldü - Dostu tutuldu 

Bakı şəhər Sabunçu rayonu Pirşağı qəsəbəsində qətl törədilib.


Manset.az xəbər verir ki, paytaxt sakini 1986-cı il təvəllüdlü Xələfov Məzahir Xanoğlan oğlu bıçaqlanaraq qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən Sakit Piriyev polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Bildirilir ki, hadisə şəxsi münasibətlər zəminində baş verib. Hər iki şəxsin dost olduğu qeyd edilib.

Araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az