Hacıqabulda açıq ərazidə yanğın söndürülüb.
Bu barədə Manset.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
***
17:53
Hacıqabulda açıq ərazidə yanğın baş verib.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
***
Yanğınla bağlı polis əməkdaşları da əraziyə cəlb olunublar. Hazırda hadisənin qarşısının alınması məqsədi ilə tədbirlər görülür.