Ermənistan ərazisində 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 09:57-də baş verən zəlzələ Sədərək rayonunun Heydərabad qəsəbəsində 3 bala qədər hiss olunub.
Zəlzələ ocağı 3 kilometr dərinlikdə yerləşib.