logo
logo logo
logo

Lənkəranda güclü yanğın - VİDEO

11:33 - 07 İyul 2026

Lənkəranda güclü yanğın - VİDEO

Lənkəran şəhərində səhər 08:40 radələrində Əliyağa Vahid Küçəsi ərazisinda köhnə yaşayış olmayan ərazidə  yanğın baş verib.


Manset.az-ın məlumatına görə, yaşayış kimi istifadə edilən köhnə vaqon yanıb. Hər hansı bir insan tələfi baş tutmayıb. Vaqonda uzun müddət kimsə yaşamırmış.

Lənkəran rayonunda baş verən yanğınla bağlı əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılaraq söndürülüb. Hadisə zamanı ətraf ərazilərin yanğından mühafizəsi təmin edilib. Yanğının başvermə səbəbləri araşdırılır.

Yanğına səbəb qısa qapanma olduğu bildirilir.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az