Bakıda yanğın hadisəsi qeydə alınıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Şağan qəsəbəsində quru otluq sahədə baş verib.
Məlumat daxil olduqdan dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.