logo
logo logo
logo

Tovuzda ev yandı - Yaralılar var 

23:29 - 11 İyul 2026

Tovuzda ev yandı - Yaralılar var 

Tovuzda yanğın hadisəsi baş verib, xəsarət alanlar var.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.

    Məlumata görə, kənd sakininə məxsus fərdi yaşayış evində qəfil yanğın başlayıb.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

    İlkin məlumata görə, yanğın zamanı iki nəfər xəsarət alıb.

    Hadisə yerinə polis və aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az