logo
logo logo
logo

Xocalıda ayı həyətə girib, yeyib-içdi - VİDEO

14:35 - 15 İyul 2026

Xocalıda ayı həyətə girib, yeyib-içdi - VİDEO

Xocalıda yaşayış evinin həyətinə ayı girib.


Manset.az xəbər verir ki, hadisə ötən gecə rayonun Badara kəndində baş verib.

Belə ki, vəhşi ayı kənd sakini Piriyev Elgün Aslan oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olub.

Maraqlısı budur ki, ayı həyətə girən kimi əl-üz yuyulan yerə yaxınlaşıb, it üçün qoyulmuş yemi yeyib, üstündən də su içərək geri qayıdıb.

Ev sahibinin lentə aldığı videodan ayının bir ayağının olmadığı da görünür. Kənd sakinləri heyvanın minaya düşərək xəsarət aldığını ehtimal edirlər.

Sözügedən görüntüləri təqdim edirik:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az