İyulun 15-i paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan Bakı şəhər sakini, 22 yaşlı Elgün Qarayevin axtarışları davam etdirilir.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, hazırda 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevub batdığı ehtimal edilən bütün mümkün istiqamətlərdə axtarışlar fasiləsiz olaraq həyata keçirilir.