İstanbulun Sultangazi rayonunda narkotik asılısı olduğu iddia edilən şəxs ailəsini girov götürüb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə yerinə polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb edilib.
Xüsusi təyinatlı polis qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində şübhəli saxlanılıb, girov götürülən ailə isə təhlükəsiz şəkildə xilas edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.