logo
logo logo
logo

11 yaşlı oğlanı maşın vurdu - Vəziyyəti ağırdır

20:33 - 12 Avqust 2026

11 yaşlı oğlanı maşın vurdu - Vəziyyəti ağırdır

Beyləqan rayonunda 11 yaşlı oğlanı avtomobil vurub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Changan” markalı avtomobil 2015-ci il təvəllüdlü M.R-nı (Ad şərtidir) vurub.

Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Yaralı yaxınlıqda olan şəxslər tərəfindən xəstəxanaya çatdırılıb.

R.M-nin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2015-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“Ona dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsinin əzilməsi, bədənin çoxsaylı əzilmiş, sıyrılmış yaraları diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir”, - deyə əlavə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az