Tərtər rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin regional qrupundan Manset.az-a bildirilib ki, hadisə rayonun Hüsənli kəndi ərazisində qeydə alınıb.
Belə ki, bu gün saat 18 radələrində Bərdə rayon sakini Zülfüqar Bayramov Hidayət oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu nəzərdə tutulmayan yerdən keçən Cəmilə Zeynalova və Mahirə Qədimovanı vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
***
19:59
Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili iki piyadanı vurub. İlkin məlumata görə, piyadaların hər ikisi qadındır.
Onlardan biri hadisə yerində ölüb, digəri isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.