Gəncədə qətl hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Musa Musayev qətlə yetirilib.
İlkin məlumata görə, 65 yaşlı kişi bıçaqlanaraq öldürülüb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.