logo
logo logo
logo

İndoneziyada zəlzələdə ölənlərin sayı ARTDI

14:34 - 22 Avqust 2026

İndoneziyada zəlzələdə ölənlərin sayı ARTDI

Şərqi Nusa-Tenqarada (İndoneziya) 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinin nümayəndəsi Berton Pancaitan mətbuat konfransında bildirib.

"Bu günə olan məlumata görə, ölənlərin ümumi sayı 87 nəfər təşkil edir. Zərərçəkənlərin sayı 1 298 nəfərə çatıb, onlardan 336-sı ciddi xəsarət alıb", - o qeyd edib.

Nümayəndənin sözlərinə görə, iyunun 15-də baş vermiş zəlzələdən sonra 5 012 afterşok qeydə alınıb.

Afterşokların davam etməsi səbəbindən təxliyə edilənlərin sayı da artıb. Hazırda onların ümumi sayı 150 576 nəfər təşkil edir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az