logo
logo logo
logo

Göyçayda AĞIR QƏZA - Xəsarət alanlar var

10:25 - 23 Avqust 2026

Göyçayda AĞIR QƏZA - Xəsarət alanlar var

Göyçayda avtomobil qəzası baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.

    İlkin məlumata görə, "Kia" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıb. Yaralılar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az