Şuşa-Laçın avtomobil yolunda aparılan qazıntı işləri zamanı iki nəfər həyatını itirib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 30-da Şuşa-Laçın avtomobil yolunun tikintisi ilə bağlı işlər aparılan ərazidə baş verib.
Belə ki, yolun inşasında çalışan şirkət əməkdaşları – topoqraf Kənan Hacıyev və onun köməkçisi Polad Məmmədzadə bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə ilə bağlı Şuşa Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.