Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.
Hadisə ilə bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma başlanılıb.