logo
logo logo
logo

Goranboyda qəza - 2 qardaş yaralandı

23:16 - 02 Sentyabr 2026

Goranboyda qəza - 2 qardaş yaralandı

Goranboyda baş verən yol-nəqliyyat hadisəsində 2 qardaş xəsarət alıb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Goran yolu adlanan ərazisində qeydə alınıb.

Belə ki, Zeyvə kənd sakini, 1996-cı il təvəllüdlü Nuravi Kərimovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil 1987-ci il təvəllüdlü, Səfükürd sakini İnarə Həsənovanın idarə etdiyi "Chevrolet" markalı maşınla toqquşub.

Qəzada N. Kərimov və onun qardaşı, 1999-ci il təvəllüdlü Namiq Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə yol-polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az