logo
logo logo
logo

Azərbaycanda ağır qəza - 5 nəfər xəsarət aldı 

10:24 - 03 Sentyabr 2026

Azərbaycanda ağır qəza - 5 nəfər xəsarət aldı 

Salyan rayonunda bir mikroavtobus və 3 minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, hadisə səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun Salyan rayonu Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı mikroavtobus və "VAZ", "İnfiniti", "Mazda markalı nəqliyyat vasitələri toqquşub. Qəza zamanı xəsarət alan 5 nəfər Xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri - İsmayılov Nemət İbrahim oğlu, Əhmədov Ərəstun Ramazan oğlu və daha üç nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az