Biləsuvarda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.
Manset.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Hüseyn Cəfərlinin idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi yolu qarşı tərəfə keçmək istəyən piyada 1981-ci il təvəllüdlü Elçin Cabbarovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən sürücü H.Cəfərli saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
01:52
Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Manset.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində olub.
Belə ki, 1981-ci il təvəllüdlü Cabbarov Elçin Yaşar oğlu yolu keçərkən avtomobil onu vurub. E.Cabbarov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.