Naxçıvanda zəncirvari qəza olub.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralında baş verib.
Qəza zamanı "Hyundai", "KIA", "Niva" və "Mercedes" markalı avtomobillər toqquşub. Zəncirvari qəza nəticəsində 2 nəfə xəsarət alıb. Xəsarət alan Gülər Bayramova və Fidan Abdullazadə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.