Xankəndi şəhərində 4 yaşlı uşaq ehtiyatsızlıqdan xəsarət alıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, uşaq yaşayış binasının üçüncü mərtəbəsindən yıxılıb.
İlkin məlumata görə, uşaq xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.