Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, qəza Quba-Atuc yolunda qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı avtomobillə “Nissan” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Quba rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.