Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, Elmur Bəhram oğlu Bəhramzadə idarə etdiyi "Mercedes E-Class" markalı avtomobillə "Sabunçu bazarı" istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olan zaman yolu keçən 1966-cı il təvəllüdlü Leyli Salam qızı Hüseynovanı vurub.
Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.