Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Naxçıvan-Sədərək magistralının rayonun Xok kəndi ərazisindən keçən hissəsində “Renault Logan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə, sürücü 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.