Abşeron rayonunda bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs vəfat edib.
Manset.az xəbər verir ki, sentyabrın 16-sı Xırdalan şəhər sakini 1986-cı il təvəllüdlü Mixail Alekseyeviç Zadorkin yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət alıb.
Xəstəxanaya yerləşdirilmiş M.Zadorkin sentyabrın 30-u orada ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.