logo
logo logo
logo

Biləsuvarda toyda başlayan mübahisə qətllə nəticələndi 

09:20 - 05 Oktyabr 2026

Biləsuvarda toyda başlayan mübahisə qətllə nəticələndi 

Biləsuvar rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Məlumata əsasən, kənd sakini, 2000-ci il təvəllüdlü Milan Soltanlı ilə 2004-cü il təvəllüdlü İlkin Mehtiyev arasında toy mərasimində mübahisə yaranıb.

Mübahisə daha sonra kənddə davam edib. Bu zaman İlkin Mehtiyev Milan Soltanlını bıçaqlayıb.

Ağır xəsarət alan Milan Soltanlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, hadisədə adı keçən şəxslər xalaoğludurlar.

Qətli törətməkdə şübhəli bilinən İlkin Mehtiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az