logo
logo logo
logo

Zəngilanda fəhlələr arasında kütləvi dava - Xəsarət alan var 

17:55 - 05 Oktyabr 2026

Zəngilanda fəhlələr arasında kütləvi dava - Xəsarət alan var 

Zəngilan rayonunda fəhlələr arasında baş verən mübahisə cinayətlə nəticələnib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ağalı kəndində baş verib.

Hadisə Zəngilanda fəaliyyət göstərən tikinti şirkətinin fəhlələri arasında baş verib. Şirkətin işçiləri olan Sədi, Allahyar, Nicat, Səid və Kamal adlı şəxslər bir otaqda kirayədə qalıblar.

Bir müddət əvvəl onlar qaldıqları otaqda çörək yeyib, spirtli içki qəbul ediblər. Sərxoş vəziyyətdə olan Sədi və Nicat arasında mübahisə yaranıb və onlar söhbət etmək üçün otaqdan çölə çıxıblar.

Bu vaxt Kamal və Allahyar da onların arxasınca çıxıblar və mübahisə böyüyüb. Mübahisə zamanı Allahyar otaqda olan yanğınsöndürən balonla Nicatın başına zərbə endirib. Nəticədə Nicatın başı yarılıb. Allahyar daha sonra Nicatı döyüb.

Nicat xəstəxanaya gətirilib və onun baş nahiyəsinə altı tikiş vurulub.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Allahyar saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Allahyar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az