logo
logo logo
logo

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi

22:31 - 29 Oktyabr 2026

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub.


Manset.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Belə ki, 2020-ci ildə "GP Stock Feed" MMC-də satış üzrə mütəxəssis vəzifəsində çalışarkən müxtəlif vaxtlarda şirkətin kassasına ödənilməli olan ona etibar edilmiş ümumilikdə 78 000 manat məbləğində külli miqdarda pulu nağd şəkildə distribütorlardan götürüb şəxsi məqsədləri üçün istifadə etməklə mənimsəməkdə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi) ittiham olunan Azərbaycan vətəndaşı Abdulxalıqov Elçin Nüsrət oğlunun yeri Albaniya Respublikasında müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Albaniyanın ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

E.Abdulxalıqov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Albaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az