logo
logo logo
logo

Ucarda “Sprinter” aşdı - Xəsarət alan var

17:00 - 07 Noyabr 2026

Ucarda “Sprinter” aşdı - Xəsarət alan var

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan “Mercedes Sprinter” markalı minik avtomobili idarəetmədən çıxaraq bir neçə metr aralıda yol kənarına aşıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib və sürücü, 1963-cü il təvəllüdlü Fizuli İsmayılov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az