logo
logo logo
logo

Kişiləri şantaj edən qadın həbs edildi

14:14 - 28 Noyabr 2026

Kişiləri şantaj edən qadın həbs edildi

Bakıda tanış olduğu kişiləri şantaj edən qadın həbs edilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Billurə Quliyeva (ad-soyad şərtidir) təsadüfən tanış olduqları kişilərdən əvvəlcə görüş üçün pul istəyib. Pulu ala bilmədikdə isə müxtəlif üsullarla şantaj etməyə başlayıb.

Polisin saxlayıb istintaqını apardığı həmin şəxsin hədə-qorxu ilə tələb etmə ilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Zərərçəkmiş kişilərdən biri deyib ki, qadınla maşınyuma məntəqəsində tanış olub. Bir müddət danışdıqdan sonra qadın onu şantaj edib, 200 manat verməyəcəyi təqdirdə evinə gəlib ailəsinin yanında onu biabır edəcəyi ilə hədələyib.

Qadın isə özünü təqsirli bilmir. Yekunda təqsiri sübuta yetirilsə, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az